Aslan İsmayılov namizədliyini niyə geri götürüb?

0
4

Aslan İsmayılov namizədliyini niyə geri götürüb?

Hadisənin arxasındakı MTN izi…

Tanınmış hüquqşunas Aslan İsmayılov Milli Məclisə seçkilərdə namizədliyini geri götürdüyünü bəyan edib.
A.İsmayılov bununla bağlı videomüraciət yayımlayıb.
O, seçkilərin şəffaf keçiriləcəyinə ciddi şübhə ilə yanaşdığını əsas gətirərək, bu marafonda iştirakdan imtina etdiyini söyləyib.
Qəzetimizə etibarlı mənbədən verilən məlumata görə isə, A.İsmayılovun bu addımının arxasında MTN izi var. Belə ki, tanınmış hüquqşunasın MTN-nin Antiterror Mərkizinin rəhbər şəxsləri ilə yaxın əlaqələri olun.Son gülər MTN ətrafında baş verən hadisələr isə hüquqşunası bərk təşvişə salıb. O, artıq seçkidə heç bir şansının olmayacağını anlayıb və namizədıliyini geri götürmək qərarını verib.

Xatırladaq ki, A.İsmayılov 20 saylı Nərimanov ikinci seçki dairəsindən seçkiyə qatılmışdı.

20 saylı Nərimanov ikinci seçki dairəsində əsas namizədlərdən biri hazırda Milli Məclisin deputatı olan Adil Əliyevdir. Hakim Yeni Azərbaycan Partiyası bu dairədən İbrahim Əsədovun namizədliyini irəli sürüb. O, Nərimanov rayon bələdiyyəsində aparıcı mütəxəssis işləyir.

Nicat

LEAVE A REPLY