- Böyrəklər orqanizmin ən vacib orqanlarından biridir. Böyrəklərin sağlamlığını qorumaq həyati vacib məsələdir.
Bunun üçün isə böyrəklərimizin sağlamlığını poza bilən amilləri bilmək lazımdır. Beləliklə, böyrəklərimiz nəyi sevmir?
1. Pəhrizləri
Saglamolun.az xəbər verir ki, böyrəklərimiz xaricdən piydən olan kapsul ilə əhatə olunur. Bu piy qatı böyrəkləri zərbələrdən, soyuqdan qoruyur, onun təbii vəziyyətinin saxlanmasına kömək edir. Kəskin şəkildə arıqlamaq böyrəklər üçün zərərlidir. Pəhriz zamanı piylər orqanizmdən xaric edilir və bu zaman böyrəklər praktiki olaraq “lüt” və müdafiəsiz qalır, sallanmağa başlayır.
2. Susuzlaşmanı
Susuzlaşma zamanı qan qatılaşır və bu da qanı təmizləyən böyrəklərin işini xeyli çətinləşdirir. Buna əks-göstəriş yoxdursa, gün ərzində təxminən 8 stəkan təmiz su için.
3. Duzu
Qidalanmada çoxlu miqdarda duzlu qidaların, duzun olması böyrəklərin həddindən artıq yüklənməsinə səbəb olur ki, bu da böyrəkləri zəiflədir, böyrəklərdə daşların əmələ gəlməsininin riskini artırır.
4. Spirtli içkiləri
Spirtli içkilər bütün orqanizmi və o cümlədən böyrəkləri zəhərləyir. Həmçinin spirtli içkilər orqanizmin kəskin susuzlaşmasına səbəb olur ki, bu da böyrəklərin sağlamlığı üçün ziyanlıdır.
5. Soyuğu
Soyuq və nəm yerlərdə, soyuq suda uzun müddət ərzində olmaq, soyuq səthin üzərində oturmaq böyrəklər üçün çox ziyanlıdır.
7. Hərəkətsizliyi
Hərəkətsizlik qan dövranının zəifləməsinə, orqanizmdə durğunluq proseslərinin yaranmasına səbəb olur. Belə şəraitdə böyrək xəstəliklərin və infeksiyaların riski də artır.
8. Sidik saxlamağı
Sidik saxlamaq çox yayılmış və pis vərdişdir. Bu sidik kisəsində iltihaba səbəb ola bilər. Sidik həddindən artıq dolmuş sidik kisəsindən geriyə – sidik yollarına və böyrəklərə düşə bilər ki, bu böyrək iltihablarına səbəb ola bilər.