Ermənistanın hakim Respublikaçılar Partiyasının ölkənin baş naziri vəzifəsinə namizədi parlament fraksiyasının iclasında müəyyənləşəcək.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Respublikaçılar Partiyasının İdarə Heyətinin üzvü Eduard Şarmazanov məlumat verib: “Qanuna əsasən, biz bu məsələni aprelin 30-dək həll etməliyik”.
Lakin Eduard Şarmazanov fraksiyanın iclasının nə vaxt keçiriləcəyini deməyib.
Qeyd edək ki, baş nazirin təyinatı ilə bağlı məsələ ölkə parlamentinin mayın 1-də keçiriləcək xüsusi iclasında müzakirə olunacaq/Report.