DİN Hüseyn Abdullayevlə bağlı rəsmi açıqlama yaydı – FOTO

0
4
Beynəlxalq axtarışda olan sabiq deputat Hüseyn Abdullayev xaricdə tutularaq Azərbaycana gətirilib.

APA-nın məlumatına görə, H. Abdullayev “İnterpol” tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib. Azərbaycana gətirilən H. Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.

Daxili İşlər Nazirliyindən APA-ya H. Abdullayev Türkiyədə tutularaq Azərbaycana gətirilməsi xəbərini təsdiqləyiblər.