Çayın qadınlar üçün inanılmaz faydası aşkar olunub

0
4

Uppsal Universiteti alimləri aşkar ediblər ki, müntəzəm olaraq çay içən qadınlarda xərçəngə səbəb olan genlərdə dəyişikliklər baş verir və estrogenin səviyyəsi aşağı düşür.

Estrogenlərin qadın orqanizmində yüksək səviyyədə olması bəzi xərçəng növlərinin (yumurtalıqlar, uşaqlıq və s.) riskini artırır. Lakin çayın istehlakı estrogenlərin səviyyəsini aşağı salır və bununla da qadın orqanizminə xərçəngəleyhinə təsir göstərir.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, çay kişi orqanizminə belə təsir etmir.