İran XİN rəhbəri Məhəmməd Cavad Zərif nüvə sazişindən imtinanın fəsadları barədə ABŞ-a xəbərdarlıq edib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, ABŞ İranın nüvə proqramına dair sazişi tərk edəcəyi təqdirdə, Tehran öz maraqlarına uyğun şəkildə addımlar ataraq, lazımi tədbirlər görəcək: “İranın görəcəyi tədbirlər və beynəlxalq ictimaiyyətin reaksiyası amerikalılar üçün heç də ürəkaçan olmayacaq”,– deyə M.Zərif bildirib. (APA)