“Azərbaycanda dini vəziyyəti gərginləşdirmək istəyən müəyyən qüvvələr olub…” –PA rəsmisi

0
4
“Bu gün bir çox müsəlman ölkələrinin problemlərinin kökündə xarici təsirlər dayanır”.

Report xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, tarixən hər hansı bir milləti, dövləti məhv etmək üçün milli, dini dəyərlər istifadə olunub və ölkədə problemlərin yaradılmasına cəhd edilib.

PA rəsmisi qeyd edib ki, zaman-zaman Azərbaycanda da kənardan müəyyən təsirlər hiss olunub:

“Azərbaycanda dini vəziyyətin gərginləşdirilməsi ilə bağlı müəyyən qüvvələrin fəaliyyət göstərdiyi müşahidə olunub, ancaq dövlətin, Prezidentin həyata keçirdiyi uğurlu siyasət sayəsində bu gün biz dini sahədə irəliləyişlərə nail olmuşuq”.