Bakı və Abşeronda tozun miqdarı sanitar normadan 37 faiz yuxarı qalxdı –Nazirlikdən daha bir açıqlama

0
3
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək atmosfer havasında müşahidələr aparır.

Strateq.az nazirliyə istinadən bildirir ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, aprelin 19-u saat 12:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı bir qədər artaraq sanitar normadan 37 faiz yuxarı olduğu qeydə alınıb.