Al-Arabiya telekanalı xəbər verir ki, ABŞ, Fransa və Böyük Britaniya SQ-nin Suriyaya hava zərbəsi nəticəsində Homs yaxınlığında hərbi anbarlara ziyan dəyib.
Al-Jazeera telekanalına məlum olub ki, Kasyon dağı bölgəsinə və Suriya paytaxtının yaxınlığındakı hərbi aerodroma raket zərbələri endirilib. Dəməşqə yaxın Suriya 41-ci xüsusi qoşun briqadası, 105-ci Respublika Qvradiyası da hədəfə götürülüb.
Suriya paytaxtının şimalındakı elmi araşdırma mərkəzlərinə zərbələr haqda məlumat verilib.