“5641 seçki məntəqəsinin hamısı hesabat verib, sənədlər Konstitusiya Məhkəməsinə göndəriləcək” –MSK sədri

0
4
“Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsinin hamısı hesabat verib”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

M.Pənahov deyib ki, seçkilərdə 3 milyon 962 min 123 bülletendən 3 milyon 962 min 96 bülleten sayılıb:

“Bununla da emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86,03 faiz, Zahid Oruc 3,11 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb”.

 MSK sədri əlavə edib ki, səsvermə sənədləri Azərbaycanın Konstitusiya Məhkəməsinə göndəriləcək.