Erkən ölümün qarşısını almağın mükəmməl yolu

0
4

Oxu.Az xəbər verir ki, bu barədə “MericalXpress”də dərc olunan pres-relizdə qeyd olunur.

Alimlər “Biobank”ın uzun müddət apardığı araşdırma zamanı 482 min nəfərdən toplanmış məlumatları təhlil edib. Könüllülər  fiziki aktivlik göstəricilərini bildirib, onların bilək əzələlərinin gücü və bədən çəkiləri ölçülüb.

Bundan savayı 468 min iştirakçı genetik testdən keçib. Məlum olub ki, aktiv həyat tərzi ürəyin koronar xəstəlikləri, insult və ürək qulaqcığının fibrilyasiyası ehtimalını əhəmiyyətli dərəcədə azaldır.

Genetik baxımdan ürək-damar sisteminin pozuntularına meyilli olan insanlarda belə, mütəmadi fiziki hərəkətlər işemik xəsətlik riskini 49 faiz, ürək qulaqcığının fibrilyasiyası riskini isə 60 faizə qədər azaldıb.