“İran ərazisində Bakı və Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı iş aparılır.”
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
“Çatışmayan 167 km yolun tikintisi üçün kredit ayrılıb. Hazırda kreditin verilmə şərtləri razılaşdırılır. 4-5 aydan sonra tikinti işlərinə başlanılacaq. Yolun çəkilişi başa çatdıqdan sonra Təbriz şəhərindən keçməklə Bakıdan Naxçıvana qatarla getmək mümkün olacaq”, – deyə o, bildirib.
Bundan başqa, C.Qurbanov deyib ki, rəhbərlik etdiyi qurum bu ilin sentyabr ayında Gəncəyə hərəkət edəcək ilk sürət qatarını işə salmağa çalışır.