“Milli Azadlıq mübarizlərinə qarşı soyqırım siyasəti aparılır”

0
11

Ramiz Tağıyev

Təhqir edən mükafat alırsa, dövrəyə söyüş girər...

(Əvvəli bu linkdə:http://milletim.info/?p=32611)

Bəllidir ki, Azərbaycandan mühacirət edənlərin böyük əksəriyyəti xoşbəxtlikdən bu yolu seçməyib. Günahsız həbs olunub azadlığa çıxanlar, işsizlikdən əziyyət çəkənlər, siyasi və mətbu fəaliyyətinə qadağa qoyulmuşlar ölkəni tərk etmək məcburiyyətində qalıblar. Düşünmürəm ki, bununla onlar, Vətən və Millət sevgisindən uzaq düşüblər… Nəslim, 1937-ci ildə “ellər atası” Stalinin repressiyasına məruz qalıb, Kazaxıstan çöllərində yaşamağa məhkum edilsə də, orada dünyasını dəyişmiş babamız Məşədi Rzaqulu kişinin vəsiyyəti “ilk imkanda Vətənə dönün” kəlmələrindən ibarət olub. Valideynlərim söhbət edirdilər ki, hər gün yuxularına Vətən, doğmaları, dostları gəlirmiş. O zaman Kazaxıstana səfər edib konsert verən, böyük sənətkarımız Rəşid Behbudovu radioda dinləyib, gözyaşlarını axıtmaqlarını xatırladırdılar.

1

Atam, böyük Məhəmməd Əmin Rəsulzadənin oğlu, Azər bəyin təşkilatçılıgıyla “Şah İsmayıl”ı necə səhnələşdirməklərindən agızdolusu söhbət açardı. Bütün bunlar , Vətən, Millət sevgisinin təzahürü deyilmiş, bəs, nə imiş?!

O zaman Sovet Sosialist Respublikaları İttifaqını Vətən hesab etmişdik…Baxmayaraq həmin “Vətən”, onun başında durmuş, qaniçən diktator Stalin, Millətimizin qanına susamış, yüz minlərlə dəyərli insanlarımızı doğma yurdundan didərgin salmış, cəmi 15 dəqiqə çəkən məhkəmələrin hökmüylə 10 minlərlə millətsevərimizi güllələtdirmişdi.

Ancaq, sürgünə məruz qalmış ata-babalarımız belə SSRİ adlanan imperiyaya bir an xəyanət etmədilər. Gecə-gündüz çalışıb, sovetlər birliyinin Hitler faşizmi üzərində qələbə qazanmasına öz töhfələrini verdilər. Beş aylıq körpəsiylə birgə tərki-vətən edilmiş babam, 1941-45-ci illərdə əməkhaqqını müharibə fonduna köçürüb. Fədakar əməyinə rəğmən Qırmızı Əmək Bayrağı ordeniylə təltif edilib. Dayımın həyat yoldaşı Şövkət xanım isə, həmin fəxri ada 15 yaşında layiq görülübmüş. Baxın, beləymiş, lənətlədiyimiz Stalinin “Vətən xainləri”nə münasibəti…

Nə üçün həmin tarixi xatırlatdım?! İndi, müqayisə edək, o zamanla bu gün Milli Azadlıq Hərəkatı mübarizlərinə olan münasibəti. Stalin “barak”larda- taxta evlərdə “Vətən xainləri”nə yaşamaq şəraiti yaratmış, işlə təmin etmiş və hətta müxtəlif mükafatlara layiq görmüşdü. Bəs, sizlər, nə etdiniz cənablar?! Müstəqillik uğrunda çarpışmış hər birimizi həbsxana həyatıyla “mükafat”landırdınız. Ermənilərə qarşı vuruşmuş könüllülərin heç biri cəzasız buraxılmadı. Millət vəkili, qəhrəman oğul Şahmərdan Cəfərov qəddarcasına qətlə yetirildi. Qətlə yetirilməmişdən bir-neçə gün öncə isə KİV-lərdə, onun, könüllü batalyonuna məxsus olan silah-sursatı dövlət orqanlarına könüllü olaraq təhvil verməsi barədə məlumat yayılmışdı.

ramiz tagiyev heyder eliyev

Bəli, bizlərə YAP iqtidarının münasibəti, Stalinin “vətən xainləri”nə olan münasibətindən heç də fərqli deyil. Düşünürəm ki, biraz daha sərt, barışmazdır. Məni qınamayın, ürəyimdən daima Vətənə, Millətimə təmənnasız xidmət istəyi keçib. İstəmişəm ki, YAP iqtidarının gözü doymaq bilməyən məmurlarına sübut edim, Vətənə, Millətə təmənnasız xidmət etməkdən gözəl heç nə ola bilməz. Təkliflərlə müraciət etdim… Kimdi bizi yaxın buraxan. Elə düşündülər ki, bizlər də, hərraca çıxarıb, tar-mar etdikləri el malına şərik olmaq istəyirik…

Bu gün Vətəndən ayrı düşmüş oğulları söymək dəbdədir. Ştatlı yaltaqlar “ordu”su yaradılıb, sırayla sosial şəbəkələrdə gözlərini yumub, ağızlarını açmaq təlimatı da verilib, deyəsən. Vətəndən ayrı düşmək ağır dərd olsa da, dünyanın hər yerinə səpələnməyə məcbur edilmiş soydaşlarımızın dərdinin üstünə dağ boyda dərd gətirir və hətta, dogmalarını onlardan imtina etməyə yönləndiririk. Müasir elmin, texnikanın bizim üçün yaratdığı şəraitdən-sosial şəbəkələrdən mədəniyyətimizi, adət-ənənəmizi təbliğ etmək əvəzinə, söyüşün havayı olmasından (inanın ki, pulla olsaydı, dilimizə söyüş gətirməzdik-R.T) istifadə edərək, leksikonumuzu zibil anbarına çevirməyə girişmişik.

Virtual aləmdə belə səhnələri ardıcıl izləməyə nə əxlaqım, nədə ki, səbrim imkan vermir. Tərəflərdən hansının daha çox xəta yaptığına arbitrlik etmək həvəsində deyiləm. Sadəcə, Sədi Şirazinin “Gülüstan”ından bir məsəli çəkməyi vacıb sanıram:”Həkim Calinus görür ki, bir nadan alimin yaxasından tutub, onu təhqir edir. Həkim bu səhnəni belə şərh edir; o, alim deyil, alim olsaydı, nadanla münasibəti bu həddə çatdırmazdı.”

Uşaqlıqda tez-tez savaşardıq. Bəzi, qonşu qadınlar əsəbi halda anama şikayətə gələrdilər. Onlar təhqir edər, nəlayiq ifadələr işlədər, anam isə, səssizcə dinləyərdi. Sonradan, qonşu qadınların anamdan üzrxahlıq etdiklərinə dəfələrlə şahid oldum. Hətta, onlardan biri müəlliməm oldu. Bir gün dərs zamanı anamın səssizliyilə ona “dərs” keçdiyini etiraf etdi.

 

“Əli Həsənovun “tərəzi”si çoxdan düz çəkmir”

1

Etiraf edirəm, Prezidentin İctimai-Siyasi Məsələlər üzrə köməkçisi, cənab Əli Həsənov məmurlar sırasında fəallığıyla xüsusi olaraq seçilir. İndi, mühacir həyatı yaşayan sabiq deputat, “Quska”-Hüseyn Abdullayevin söylədiklərinə inansaq, Əli müəllim uzun illər öncədən zəhmətkeş olub. Sabiq deputat iddia edir ki, Ə.Həsənov nə zamansa onun şirkətində qapançı olub. Mən, nədənsə, “Quska”nın bu iddiasına şübhəylə yanaşıram. Çünki, müşahidələrim təsdiq edir ki, Əli müəllim tərəzi işini bilmir və ya bilərəkdən ölkənin ictimai-siyasi “tərəzi”sinə natarazlıq gətirib.

Belə olmasaydı, ölkə mətbuatına təhqiri, şər-böhtanı gətirmiş biriləri Əli müəllimin təqdimatıyla “əməkdar jurnalist” fəxri adlarına layiq görülərdi? Nəzərə alsaq ki, onların bir çoxu, cənabımızın Ümümmilli lider kimi qəbul etdiyi şəxsiyyəti ən təhqiramiz ifadələrlə “vəsf” edirdi. Məhz, Əli müəllimin sayəsində, makulaturadan savayı heç nəyə yaramayan “qəzet”lərə- təhqir “bayraqdar”larına yüz minlərlə vəsait ayrılmayıb?

1

rauf

Bəli, tarix təsdiq edib ki, idarə etmək məharəti iki şeydən- ədalətli cəzalandırmaqdan və təltif etməkdən ibarətdir.Təltif edilənlərdən ikicəciyinin adını xatırlatsam, ölkəmizdə ədalətin “qıcqırdığını”n əlavə sübuta ehtiyacı qalmaz, zənnimcə… “Əməkdar jurnalist” Rauf Arifoğlu və “İstiqlal” ordenli Abbas Abbasov… Necə qəbul edək bu təltifləri?! Bu gün soyüş söyənlərin, A.Abbasov kimi ilk fürsətdə xəyanətə imza atanların, sabah, fəxri adlara layiq görülüb, başlarının tumarlanacağına inanaq və ya inanmayaq?!

“İstiqlalçı millət vəkillərinə münasibət qəbuledilməzdir”

Bu yaxınlarda istiqlalçı millət vəkili, Azərbaycan qadınlığının simvolu sayıla biləcək Məryəm Həsənovanın yataqxanada yaşaması barədə məlumat oxudum. Dəhşətdi, faciədi bu… Məryəm xanımın deyil, Millətimizin, Dövlətimizin faciəsidir… Budurmu analoqsuz inkişafınız, budurmu ədalətiniz?! Sonra da, deyirsiniz ki, bizi təhqir edirlər, söyürlər. Baxın, İstiqlalımıza imza atanların və əleyhinə ardıcıl mübarizə aparanların taleyinə. İstiqlalçıların əksəriyyəti ehtiyaclar içində dünyalarını dəyişdilər. Övladları onlarla qürur duymaq, ölkəmizdə firavan yaşamaq əvəzinə, valideynlərinin talelərini yaşamaq zorundadırlar. Anlamaq olmur, nə üçün SSRİ imperiyası zamanı təyinatlı deputat, raykom katibləri olmuş birilərinə dövlət qulluğu üçün nəzərdə tutulmuş təqaüd ayrıldığı halda, 1990-95-ci illərdə Milli Məclisdə İstiqlalımıza imza atmış Qəhrəmanlar bu imtiyazdan məhrum edilməlidilər? Qisas deyil, bəs, nədir bu?!

İstiqlalın əleyhinə olmuş Abbas Abbasovun sinəsinə “İstiqlal” ordeni taxıb, Milli Azadlıq Hərəkatı mücahidlərini həbsxanalara doldurmaq, ailələrinə zülm çəkdirmək, söyüş, həqarət, təhqir deyil, bəs nədir?!

“Ədalətin yolu, ədalətli cəzalandırmayla da bağlıdır”

1

Bir neçə dəfə günahsız olaraq həbs edilmişəm. Azadlığa qovuşduqdan sonra Avropa İnsan Hüquqları məhkəməsinə müraciət etmədim. Məni qınamayın, başıbəlalı Millət və Dövlət sevdalısı olaraq, özümüzünkülərin, başqa dövlətlər tərəfindən mühakimə edilməsini məqbul bilmədim. Bəzən, xaricdən iqtidarımıza və hətta İlham Əliyevə basqılar müşahidə etdikdə, müdafiə xarakterli yazılara da imza atdım. “Mükafatım” 8 illik həbs cəzası oldu.”Tərəzi”ləri dedim ki, düz çəkmir…Kimsənin MTN barədə yazmaga cəsarəti çatmadıgı zaman “Millətim” qəzetində bəzi “çekist”ləri sərt tənqid “atəş”inə tutduq. Nəticə bəllidir, Fərəməz Allahverdiyev, Sərdar Əlibəyli və mən bir neçə dəfə cəzaçəkmə müəssisəlinə “ezam” edildik. Bəli, tam qanunsuz cəzalandırılmalar idi. Keçmiş MTN-i suçlamaqdan imtina etmişəm. İndi, yerindən duran, hətta korrupsiyaya, rüşvətə bulaşmış, zamanında Eldar Mahmudova tərif söyləməkdən ötrü sıraya düzülmüşlər, 11 il ölkənin təhlükəsizliyini qədərincə qoruya bilmiş ( ölkənin hazırki durumu bunu söyləməyə əsas verir-R.T) sabiq naziri təhqir etmək, aşağılamaq yarışına girişiblər. Bu, iqtidarın öz tərəfdarlarına qarşı da ədalətsiz mövqe sərgiləməyinin bariz nümünəsidir. İndi, kimsə etiraz edə bilər ki, sabiq MTN-çilər rüşvət alıb, sərvət toplayıblar. Razıyam, belə hallar baş verib. Ancaq, hansı məmur rüşvətsiz çalışır və sıradan biri önə çıxıb, mal varlığının hesabını verə bilər?Araşdırmalarım təsdiq edir ki, keçmiş MTN müqayisədə Dövlətə, Millətə daha sədaqətlə xidmət göstərib. Əfsuslar olsun, bizlər, ölkədaxili gəlişmələri düzgün giymətləndirməyərək, bilmədən, daha Milli olan MTN-ə qarşı antimilli qüvvələri qane edən, mənasız mübarizə aparmışıq.

MTN tarixin arxivinə göndərildi, nə dəyişdi ki?! Əksinə, həmin qurumdan ehtiyat edən məmurlar, indi, açıq-aşkar xalqa zülm etməyə girişiblər. MTN əməkdaşlarının məhkəmə prosesləri zamanı da , aşkar olundu ki, həmin əməkdaşlar sıravi vətəndaşları deyil, rüşvətxorları, korrupsionerləri, çirkli paralarla biznes qurmaq istəyən “iş” adamlarını cəzalandırıblar. İndi, dəyişən bir hal var, insanlar sorğu-sualsız güllələnir, heç bir sübut gətirilmədən ölülərinə xəyanət “damğa”sı vurulur. Lənətlədiyimiz Stalinin zamanında belə, formal olsa da, 10-15 dəqiqəlik məhkəmə prosesləri keçirilib…

Sabiq Səhiyyə naziri Əli İnsanovun başına gətirilənlər isə, tragikomediyadır”

Ölkəmizdə 160-dan artıq siyasi məhbus var. Düşünmürəm ki, onların hamısının həbsi ölkə prezidenti İlham Əliyevin marağında olsun. Burada, bir lətifə yerinə düşər:”Bir gün dovşan, daha təhlükəli heyvanların qarşısına çıxıb, burada bir kişi varsa, çıxsın qarşıma. Bu minvalla dovşan sırayla tülkünü, canavarı, ayını, bir-bir kahaya dəvət edib, dərilərini kahadan eşiyə atır. Az keçmiş Aslan kahadan çıxır və dovşandan soruşur; dovşan, daha məni söyən qalmadı ki?

Ardı var…