“Abituriyent” jurnalının 2-ci nömrəsində bildirilib ki, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.
“Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;
– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;
– “Memarlıq” ixtisasının müsabiqəsində test imtahanına daxil olan fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir;
Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):
Torpaqşünaslıq və aqrokimya | Azərbaycan Dövlət Aqrar Universiteti
Lənkəran Dövlət Universiteti |
Meşəçilik | Lənkəran Dövlət Universiteti
Qərbi Kaspi Universiteti |
Aqronomluq | Lənkəran Dövlət Universiteti |
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi | Naxçıvan Dövlət Universiteti |
Texnologiya müəllimliyi | Naxçıvan Dövlət Universiteti
Gəncə Dövlət Universiteti Lənkəran Dövlət Universiteti |
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi | Azərbaycan Texnologiya Universiteti |
Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi | Qərbi Kaspi Universiteti |
Çoxişlənən malların texnologiyası mühəndisliyi | Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Kooperasiya Universiteti Mingəçevir Dövlət Universiteti |
İstehlak mallarının ekspertizası və marketinqi | Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Kooperasiya Universiteti Qərbi Kaspi Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti |
Poliqrafiya mühəndisliyi | Qərbi Kaspi Universiteti |
Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqromühəndislik”, “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “Meşəçilik”, “Aqronomluq”, “Zootexniklik”, “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisaslarının və Naxçıvan Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya” ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).
II ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;
– Dövlət ali təhsil müəssisələrinin (“ADA” universiteti istisna olmaqla) “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti və Bakı Mühəndislik Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;
Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):
Marketinq | Gəncə Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı Azərbaycan Texnologiya Universiteti Mingəçevir Dövlət Universiteti Azərbaycan Kooperasiya Universiteti Azərbaycan Universiteti Xəzər Universiteti “Odlar Yurdu” Universiteti Bakı Biznes Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti Qərbi Kaspi Universiteti Bakı Avrasiya Universiteti |
Biznesin idarə edilməsi | Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı
Gəncə Dövlət Universiteti Azərbaycan Texnologiya Universiteti Mingəçevir Dövlət Universiteti Lənkəran Dövlət Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan Universiteti “Odlar Yurdu” Universiteti Qərbi Kaspi Universiteti Bakı Biznes Universiteti Xəzər Universiteti Azərbaycan Kooperasiya Universiteti Bakı Avrasiya Universiteti |
Kommersiya | Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Universiteti Azərbaycan Kooperasiya Universiteti |
Regionşünaslıq (regionlar üzrə) | Qərbi Kaspi Universiteti
Xəzər Universiteti Bakı Avrasiya Universiteti |
Turizm və otelçilik | Naxçıvan Dövlət Universiteti
Gəncə Dövlət Universiteti Mingəçevir Dövlət Universiteti Lənkəran Dövlət Universiteti Bakı Dövlət Universitetinin Qazax filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı Azərbaycan Texnologiya Universiteti Azərbaycan Kooperasiya Universiteti Qərbi Kaspi Universiteti Xəzər Universiteti “Odlar Yurdu” Universiteti Naxçıvan Universiteti |
III ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;
– Dövlət ali təhsil müəssisələrinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarınınmüsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;
– Bakı İslam Universitetinin “Dinşünaslıq” ixtisası üzrə müsabiqəyə ümumi balı 100, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisası üzrə isə müsabiqəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur);
Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması | Naxçıvan Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti |
Sosial iş | Naxçıvan Dövlət Universiteti
Gəncə Dövlət Universiteti Bakı Dövlət Universitetinin Qazax filialı Azərbaycan Universiteti Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Azərbaycan Kooperasiya Universiteti |
IV ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;
– Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə ingilis dili fənni üzrə attestat qiyməti “4” və ya “5” olan abituriyentlər buraxılır;
Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):
Baytarlıq | Lənkəran Dövlət Universiteti |
Ekologiya | Lənkəran Dövlət Universiteti
Azərbaycan Kooperasiya Universiteti Qərbi Kaspi Universiteti |
Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq”, “Su bioehtiyatları və akvabitkilər”, “Ekologiya”, “Əczaçılıq” ixtisaslarının və Naxçıvan Dövlət Universitetinin “Baytarlıq” ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur).
I–IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (dövlət ali təhsil müəssisələrində tədrisi ingilis dilində olan, “Beynəlxalq münasibətlər”, “Regionşünaslıq (regionlar üzrə) və “Tərcümə (dillər üzrə)” ixtisasları üzrə xarici dil fənni istisna olmaqla). Bu şərt dövlət sifarişi əsasında ayrılan yerlər üzrə müsabiqəyə şamil olunmur.
Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır.