Prezident İlham Əliyev bu gün DTX-nin rəhbəri Mədət Quliyevin təltif olunması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Mədət Qəzənfər oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.