Strateq.az xəbər verir ki, Avropa İttifaqına üzvlüklə bağlı gedən müzakirələrdə kritik görüş sayılan bu toplantıda Türkiyə prezidenti Ərdoğan da iştirak edəcək.
Aİ – Ankara görüşünə saatlar qalmış isə Avstriyanın baş naziri Sebastyan Kurz sensasion bəyanat verib.
O, Avropa ölkələrinin liderlərinə səslənərək, Türkiyənin Aİ-yə üzvlük müzakirəsinin dayandırılmasını tələb edib: “Ankaranın təməl demokratik dəyərləri və insan haqlarını pozmasını nəzərə alsaq, o zaman Türkiyə ilə Aİ arasındakı üzvlük görüşmələrinə son verilməlidir. Faktdır ki, Kopenhaq kriteriyaları da həyata keçirilmir, o üzdən belə görüşlər dayandırılmalıdır”.
Bəyanatda o da bildirilir ki, Türkiyə hələ də Avropa üçün vacib bir dövlətdir: “O üzdən Ankara ilə əlaqələri Aİ çərçivəsində deyil, yaxşı qonşuluq münasibətləri zəminində davam etdirməliyik”.
Onu da qeyd edək ki, Aİ-Ankara toplantısının 2 saat çəkəcəyi gözlənilir. Toplantıdan sonra isə mətbuata birgə açıqlamalar veriləcək.