Şəmkirdə və Gədəbəydə güclü külək bəzi fəsadlar törədib

0
4
Şəmkir və Gədəbəy rayonlarında külək bəzi fəsadların yaranmasına səbəb olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Şəmkir şəhəri ilə yanaşı bəzi kəndlərdə də küləkli hava şəraiti elektrik və rabitə xətlərini sıradan çıxarıb.

Bəzi fərdi evlərin dam örtükləri dağılıb. Rayonun Şeidlər və Qasımalılar kəndində elektrik enerjisinin verilməsi gecədən dayanıb, bir neçə fərdi evin dam örtüyü tamamilə dağılıb.

Analoji hadisə Gədəbəy rayonunda da qeydə alınıb. Güclü külək səbəbindən təsərrüfata və fərdi evlərə ziyan vurub. Elektrik naqillərinin sıradan çıxması nəticəsində bəzi kəndlərdə enerjinin verilməsi bir müddət dayanıb. Gədəbəy şəhərində bir neçə binanın dam örtüyünə zərər dəyib.

Hər iki rayonda aidiyyəti qurumlar tərəfindən küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür.

Hazırda küləkli hava şəraiti nisbətən azalıb.