4 telekanal seçkilərdə ödənişli təşviqata qoşuldu –QİYMƏTLƏR

0
4
Azərbaycanda 4 televiziya aprelin 11-nə təyin edilən Prezident seçkilərində ödənişli seçkiqabağı təşviqat aparacağını və təşviqat üçün qiymətləri açıqlayıb.

“Azad Azərbaycan” Müstəqil Teleradio Kampaniyasının (ATV) qiymət cədvəlinə əsasən, prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının bir saniyəsi minimum 36 (saat 10:00) manatdır. Bir saniyə efir vaxtının maksimum qiyməti isə 75 (saat 21:15) manatdır.

“Xəzər” televiziyasında çıxışın saniyəsi minimum 40 (saat 11:50), maksimum isə100 manat (saat 20:20) müəyyən edilib.

ARB televiziyasında isə bu rəqəm 26 – 65 manat arasında dəyişir.

Qiymətlərə ƏDV daxil deyil.

Xatırladaq ki, İctimai Televiziyada prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 20 manatdır. Çıxışın saniyəsinin maksimum qiyməti isə 50 manat müəyyən edilib. İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazımdır.

Qeyd edək ki, MSK 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.  (Report)