Biz, hara gedirik?!

0
4

Ramiz Tağıyev

Ürək ağrılarlarıyla növbəti dəfə Xocalını yad etdik. Qisas arzusuyla alışıb-yanan gənclərimizi gördükcə Xocalının və bütövlükdə Qarabağın işğaldan azad olunacağına ümidlənirəm. Belə vətənpərvər oğullar, nə yaxşı ki, vardır… Xəbər saytlarından birinin Xocalı barədə keçirdiyi sorğu isə, məni sözün əsil mənasında xəyal gırıqlığına uğratdı. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti , bəşər tarixinin ən dəhşətli soyqırımı-Xocalı faciəsi barədə elementar bilgiyə malik olmayıb. Narahatlığım tək bu sorğuyla bağlı deyil…

Fevralın 23-ü- bir zamanlar təmtəraqla qeyd etdiyimiz SSRİ-nin “qızıl” ordusu günündə aldığım təhriflərdən xeyli məyus oldum. Hələ bu azmış kimi, bu günü süfrə arxasında yüz-yüz vurub, tostlar deyənlərin olduğundan dəhşətə gəldim. Görəsən, Rusiyada Azərbaycan ordusunun yaranması gününü qeyd edənlər olurmu?! 20 Yanvarı bir aydır ki, bir daha yad etdik. Dünən isə Xocalı Faciəmizi qeyd etdiyimiz gün idi… Unutdunuzmu?! Biz hara gedirik, nə istəyirik, bilən varmı?! Bir onu müşahidə edə bildim ki, bu il 23 fevralın bayram günü kimi qeyd olunması təsadüfi olmadı, yenə, gizli “əllər” ortalığa düşmüşdü. Şəhidlərimiz, Xocalımızı unudaraq…

1