Həbsdə olan MTN generalı:“Agentlərimin adını ancaq DTX sədrinə açıqlaya bilərəm”

0
4
Bakı Apellyasiya Məhkəməsində MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə məhkəmənin qapalı və videoçəkilişlə keçirilməsi barədə müdafiə tərəfinin vəsatəti təmin edilməyib. E.Quliyev deyib ki, danışmaq istədiyi məsələlər dövlət sirri təşkil etdiyi üçün açıq məhkəmədə deyə bilmir. Onun vəkili bildirib ki, agentlərə ayrılan pulların mənimsənilməsi ittihamı üzrə ekspertiza keçirilməlidir:

“Pulların ayrılması ilə bağlı sənədlərin məhv edilməsi barədə nazir Eldar Mahmudovun və nazir müavini Hilal Əsədovun əmri var. Bunlar araşdırılmayıb”. E.Quliyev deyib ki, agentlərinin kimliyini indiki DTX rəhbərliyinə açıqlaya bilər:Orada nazirin, nazir müavinlərininhər kəsin öz agenti olur. Mənim agentimi heç kim tanımayıb. Buna görə də pulların kimə verilməsindən Maliyyə İdarəsinin xəbəri olmayıb. Məndən kimə, nə qədər pul verdiyim soruşulmayıb. Heç onları burada da deyə bilmərəm. Hansı agentə nə qədər pul verdiyimi sadəcə indiki DTX rəhbərliyinə açıqlaya bilərəm”.

Vəsatət baxılmamış saxlanılıb. Proses martın 15-də davam etdiriləcək.