Milli Məclis sədrindən mühüm açıqlama:“Ölkədə böyük həcmli əfv sərəncamı gözlənilir”

0
4
“Bu yaxınlarda ölkədə böyük həcmli əfv sərəncamı gözlənilir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib.

“Bununla bağlı hazırda ciddi işlər gedir. Düzdür, bu, cənab prezidentin səlahiyyətində olan məsələdir, amma deyə bilərəm ki, bu yaxınlarda böyük əfv sərəncamı gözlənilir”, – deyə spiker qeyd edib.