Tarixin izində…

0
4

(Əvvəli bu linkdə:http://milletim.info/?p=31710)
Qobu kəndinə üçüncü gəlişim. Kənddə mənə bələdçilik edən Zahid adlı şəxs məni başqa bir şəxslə görüşdürmək məqsədiilə buraya çağırıb. Müsahibə götürəcəyim şəxs Lökbatanda yaşayan 98 yaşlı Qobu sakini İsa dədədir. 140 nömrəli avtobusla Qobudan Lökbatana yola düşürəm. Qəsəbə daxilində avtobus xarab olur. Yolun qalan hissəsini piyada getmək məcburiyyətində qalıram. Adını bilmədiyim bir şəxs məni İsa dədənin evinədək müşayiət edir. Qapını döyürəm. Xanım evdə olmadığını deyərək gözləməyimi təklif edir. Nəhayət, müsahibim gəlib çıxır. “Mən İsa İsmayıloğlu 1920-ci ildə Qobuda doğulmuşam. Türklərin Qobudakı fəaliyyətiilə bağlı babam Hacı Əlibalanın danışdıqlarından yaddaşımda bəzi məlumatlar qalıb. Babam deyərdi ki, kəndə doğru xeyli atlının gəldiyini görüb. Kənd sakinləri elə biliblər gələnlər ermənilərdir. Əhaliyə atlıların onları xilas etməyə gələn türk əsgərləri məlum olduqdan sonra hərə bir işin qulpundan yapışıb. Kimisi su gətirib, kimisi yemək. Atlar uzun yol qət etdiklərindən dolayı susuz imiş. Araba ilə, atla su daşıyıblar. Ümumiyyətlə,  havanın isti keçməsi türk qoşunlarının hərəkətini çətinləşdirmişdi. Qobunu əhatə edən Şubanı dağları türklərin toplarını yerləşdirdiyi ərazi olub. Mövqeyinə görə bura daha əlverişli imiş. Asanlıqla Bakını oradan hədəfə almaq mümkün idi. Mən həmişə demişəmvə indi də deyirəm ki, 1918-ci ildə türk qardaşlarımız köməyimizə gəlməsəydilər, bugünki Azərbaycan, xüsusilə, Bakı yox idi. Allah həmin türklərə rəhmət etsin”.

On üç avqust: Qobu kəndinə dördüncü gəlişim. Söz verdiyi kimi kəndin jurnalisti Məmmədağa bəy mənimlə əlaqə saxlayaraq yeni məlumatlar verməsi üçün Qobuya dəvət etdi. Qobu dairəsinə çatar-çatmaz məni görən jurnalist söhbətə başladı:”Türk qoşunları kəndə Yaylaq (bizlərYeylağ deyərik) deyilən yol ilə gəliblər. Yaşlılar danışardı ki, görüblər adı keçən yol tərəfdə toz-dumana qarışıb. Bir nəfər əncir ağacına çıxıb həmin tərəfə baxıb. Görüb əllərində bayraq olan çox sayda atlı kəndə doğru hərəkət edir. Gələnlərin türklər olduğunu bilən kənd əhalisi onlara öz xilaskarları kimi baxmış, kimi çörək, kimi su gətirmiş ki, əsgərlər ehtiyaclarını təmin etsin. Qobunun imkanlı mülkədarı hesab olunan Xozeynağa Verdinin mülkündə yüksək rütbəli türk zabitləri yerləşmişlər. Kənddə Kərbəlayi Rəcəb dəvəliyi kimi tanınan ərazi var ki, bura türk qoşunlarının cəbbəxanası kimi fəaliyyət göstərib. Təəssüf ki, hazırkı günümüzədək həmin tikili qalmayıb. Cəbbəxana ilə bağlı maraqlı bir hadisəni sizinlə bölüşüm. Qobu kəndində türk qoşunlarının cəbbəxanasının yerini müəyyən edən ingilis kəşfiyyatı təyyarə ilə buranı bombalamaq qərarına gəlir. Amma, xoşbəxtlikdən atılan bomba silah anbarından bir az kənara düşür. Bu zaman küçədə olan 3 Qobu sakini partlayış səbəbilə ayaqlarını itirir. Bakı həmin vaxt düşmən əlində olduğuna görə yaralıları Gəncə qospitalına apararaq müalicə edirlər. Həmin şəxslərdən biri Məlik adlı şəxs 1962-ci ildə vəfat edib. Məlik kişi atamın əmisi idi. Qobu kəndində türklərin ayrıca təşkil etdiyi qospitalda var. Kənddə türklərin yerləşdiyi yerlərdən biri Hacı İsmayılın mülkü olub. Hacı İsmayıl 1918-ci ildə ermənilərə qənim kəsilən qoçu Hilalın atasıdır. Digər adla Məşədi Hilal kimi adlandırılan qoçunun meyidinə ermənilər qorxudan bir-neçə gün yaxınlaşa bilməyiblər. Pul qarşılığında sonradan meyit alınaraq Kərbəlada dəfn edilib. Qoçu Hilal Qobunun ilk şəhididir. Hacı İsmayılın digər oğlu Mirzə Abdulla maarifpərvər bir şəxs olmuşdur. Müstəqil Cümhuriyyətimiz  dönəmində Mirzə Abdulla Qobuda ilk rəsmi dövlət məktəbi açdırıb. Bu barədə Baş Nazir Nəsibbəy Yusifbəylinin 1919-cu il 8 sentyabr tarixli qərarıda var”.

Məmmədağa bəyin müşayiəti ilə Qoçu Hilalın yaşadığı, həmçinin, türk əsgərlərinin yerləşdiyi evə-Hacı İsmayılın mülkünə baş çəkirik. Evin hazırkı sahibi Zöhrab bəy mənə Qoçu Hilalın şəklini göstərir. Məmmədağa bəylə döyəcəyimiz növbəti qapı Nuri paşanın şəxsi əşyalarının yer aldığı evdir. Kənd məktəbinin ədəbiyyat müəllimi Pükə xanım İlyasovadan məlumat alıram:

“Nənəm Gülbahar danışardı ki, Nuri paşa Xozeynağa Verdininoğlu Əli doğularkən bələyinə o vaxtın pulu ilə “10-luq” qoyub. Nuri paşa birmüddət qaldığı evdə yeni ailə quran nənəmə öz şəxsi əşyasını, yəni, güzgüsünü hədiyyə edib. Nənəm zamanla bu xatirə əşyanı qoruyub saxlayaraq bu günümüzədəkgəlib çatmasına nail olub.Türklərdən xatirə qalan bir-neçə əşya qalıb bizim evdə. Bunlardan biri də türk paşasının nənəmə hədiyyə etdiyi qadın şalıdır. Əvvəllər bizim evdə türklərdən qalma iki ədəd balış da var idi. Təəssüf ki, onlar bugünümüzədək gəlib çatmayıb”.

1

Xozeyn Ağaverdinin mülkündə yüksək rütbəli türk zabitləri qərar tutmuşlar.

2

Hacı İsmayılın mülkü (1870-ci ildə tikilib).  Türk qoşunlarının yerləşdiyi yerlərdən biri.

3

Qobunun ilk şəhidi Qoçu Hilal (1882-1918)

4

5

Nuri paşanın şəxsi əşyaları

6

Zahid Qasım

Bakı Dövlət Universiteti , Tarix fakültəsi ııı kurs

Ardı var…