“Yaxın 2 ildə Azərbaycanda enerji tarifləri dəyişməyəcək” –Açıqlama

0
4
 “2018-2019-cu illərdə Azərbaycanda elektrik enerjisi tarifləri dəyişməyəcək”.

“APA-Economics” xəbər verir ki, bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, qaz və mazut qiymətlərinin artımını kompensasiya etmək üçün 2016-cı ilin dekabrında Tarif Şurasının qərarı ilə “Azərenerji”nin tarifləri 33% artıb. “Bələ bir addımın iqtisadi və sosial nəticələrini nəzərə alaraq yaxın iki ildə tariflərin dəyişməyəcəyini düşünürük,” – deyə məlumatda bildirilir.

Agentliyin mütəxəssisləri qeyd edir ki, “Azərenerji”nin əməliyyat fəaliyyəti mənfəətlə nəticələnəcək. Buna baxmayaraq, dövlət tərəfindən əsaslı kapital xərcləri maliyyələşdirilməsə, 2018-ci ildən şirkətə pul axını zəifləyəcək.