Pentaqon ABŞ və Türkiyə müdafiə nazirləri Ceyms Mattis və Nurəddin Canikli arasındakı görüş barədə açıqlama yayıb.
“Habertürk”ün verdiyi xəbərə görə, C. Mattis İŞİD-in Suriyada yenidən təşkilatlanmasının qarşısını almaq üçün bu terror təşkilatına qarşı mübarizəyə yenidən diqqətin cəmləşdirilməsini zəruri sayıb. O bildirib ki, ABŞ terrora qarşı mübarizədə Türkiyənin yanındadır.
Qeyd edək ki, görüş fevralın 14-də Brüsseldə NATO müdafiə nazirlərinin toplantısı çərçivəsində baş tutub/APA.