Masallının icra başçısı seçiciləri hədələtdirir?

0
4

Masallının icra başçısı seçiciləri hədələtdirir?

Tanınmış siyasətçi Fikrət Cəfərli bu gün Mərkəzi Seçki Komissiysasına yazılı müraciət edib.

Bu barədə Moderator.az – a məlumat verən Fikrət Cəfərli bildirib ki, Masallı şəhəri 70 saylı seçki dairəsi tərəfindən namizədliyinin qeydə alınmaması üçün Masallı rayon icra başçısının göstərişi əsasında seçicilər incidilir, onlara hədə-qorxu gəlinir. Seçicilər mənzillərinin, obyektlərinin heç bir əsas göstərilmədən sökülməsi ilə hədələnir.

Namizədliyini irəli sürmüş Fikrət Cəfərli onu da bildirir ki, seçicilərinə qarşı Masallı icra hakimiyyəti və polis tərəfindən hədələr, təzyiqlər səngimir.

O, seçicilərin DSK-da hədələnməsi ilə bağlı ünvanladığı bu müraciətin yaxın bir neçə gündə araşdırılacağının gözlənildiyini də qeyd edib.

LEAVE A REPLY