“Bundan sonra gözlənilən maliyyə böhranı və onun nəticəsində fond birjalarında çöküş həyatımda gördüklərimdən ən fəlakət ssenarili olacaq”.
“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı məşhur investor, C.Sorosla birlikdə “Quantum” fondunun həmtəsisçisi olan Cim Rocers (Jim Rogers) verib.
Rocers buna səbəb kimi başda ABŞ olmaqla qlobal iqtisadiyyatda son maliyyə böhranından bugünədək borcların həcminin artması amilini ğöstərib. İnvestor hazırda fond birjalarında yaşanan satışın böhran olmadığını, böhranın nə zaman başlayacağını dəqiq deyə bilməyəcəyini qeyd edib. ABŞ fond birjalarında ötən həftə başlayan satışın isə bir qədər də davam edəcəyini ehtimal edib. Xatırladaq ki, ABŞ-ın əsas fond birjası indeksi olan “Dow-Jones” yanvarın 26-da tarixi rekord hədd – 26 617 bəndə yüksəlib. Hazırda isə indeks bu səviyyədən 2 757 bənd və ya 10,35% aşağıdır.