Fevralın 9-da yerli vaxtla səhər saat 7-də İtaliyanın Leççe vilayətində Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinin əleyhdarları ilə polis arasında qarşıdurma baş verib.
Virtualaz.org “AND kronos” nəşrinə istinadən xəbər verir ki, polisin məlumatına görə, aksiya iştirakçıları TAP konsorsiumunun avtomobillərini daşa basıblar. Buna qarşılıq olaraq, polis güc tətbiq edib.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya çatdırılıb.