Bu məhsullar insan istifadəsi üçün yarasız sayılacaq!

0
4
Family with child shopping fruits

Yeyinti məhsullarının ixracı zamanı əlavə olaraq, idxal ölkəsində qüvvədə olan qida təhlükəsizliyi sahəsində müvafiq normativ hüquqi aktların tələbləri tətbiq ediləcək.
Bununla bağlı “Yeyinti məhsulları haqqında” qanuna dəyişikliklər təklif edilir.
Qanuna təklif edilən dəyişikliyə görə, qida təhlükəsizliyi sahəsində müvafiq texniki-normativ hüquqi aktlarla müəyyən olunmuş təhlükəsizlik və minimum keyfiyyət tələblərinə cavab verməyən, üzərində aşkar istifadəyə yararsızlıq əlamətləri (korlanma, dağılma, zədələnmə) müşahidə edilən, mənşəyi məlum olmayan, saxtalaşdırılmış, üzərində saxlanma müddəti göstərilməyən və ya saxlanma müddəti ötmüş, markalanmasına olan məcburi tələblərə cavab verməyən məhsullar insan istehlakı üçün istifadəyə yarasız qida məhsulları hesab olunacaq.
Qanuna təklif edilən digər dəyişikliyə görə, yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi, istehsalı, satışı və istifadəsi barədə mübahisələr inzibati və məhkəmə qaydasında həll ediləcək. Hazırda bu mübahisələr yalnız məhkəmə qaydası ilə həll edilir.