“Chanel” ətrinin istehsalı qadağan olunacaq

0
6

“Chanel” ətrinin istehsalı qadağan olunacaq

Avropa Komissiyası bəzi ətirlərin satışına qadağa qoya bilər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb həmin ətirlərin allergik insanlar üçün təhlükəli olmasıdır.

Belə ki, Komissiya 12 maddənin təhlükəli olduğunu nəzərə alaraq onlardan istifadə olunmasına icazə verməyə bilər. Bu maddələr isə dünyanın ən çox bəyənilən parfümlərinin tərkibində yer alır. Avropa ölkələrinin 1-3%-i məhz allergiyadan əziyyət çəkir. Qadağa “Chanel №5”, “Christian Dior”, “Guerlain”, “Miss Dior” kimi ətirlərin satışına maneə törədə bilər. Ətriyyatçılar bu qərara ciddi şəkildə etiraz ediblər. Onların fikrincə, əhalinin kiçik hissəsinə görə bu addımı atmaq doğru deyil. Çünki ətri sevən milyonlarla insanın mənəvi cəhətdən sarsılması ilə nəticələnə bilər.

LEAVE A REPLY