14 yaşlı qızın müəllimi tərəfindən qaçırılmasının ŞOK TƏFƏRRÜATI – Goranboyda

0
5
Goranboy rayonunda 14 yaşlı qızın Oruc adlı rəqs müəllimi tərəfindən qaçırılmasının təfərrüatı məlum olub. “Səni axtarıram” verilişində səsləndirilən fikirlərə görə, 14 yaşlı qızı qaçıran müəllim onu zorlayıb. Qız Orucun onu rəqs dərsləri keçdiyi məkanın zirzəmisində saxladığını qeyd edib.
 
Moderator.az-ın əldə etdiyi məlumata görə, əslən Gəncə şəhərindən olan Oruc adlı şəxs bir neçə il əvvəl Xoylu kəndinə gələrək rəqs dərnəyi açıb. Məktəbdən kənarda fəaliyyət göstərən dərnək qısa zamanda uşaqların marağına səbəb olub və məktəbyaşlı uşaqların əksəriyyəti orada rəqs öyrənib. Bir müddət sonra isə uşaqlar müəllimin davranışlarından narazı qalıblar. Uşaqlar müəllimin onlara qarşı kobud davrandığını deyiblər. Rəqs müəlliminin ümumi davranışları və uşaqların şikayətlərindən sonra kənd sakinlərinin Oruca münasibəti dəyişib. O, rəqs dərnəyini bağlamalı olub. Oruc sakinlər tərəfindən kənddən qovulub, həmin ildən sonra bir də onu kənd ərazisində görən olmayıb.
Bu ilin yanvar ayında isə 9-cu sinif şagirdi Humay adlı qızın qaçırılması xəbəri yayılıb.
Goranboy rayon Təhsil İdarəsinin müdiri Səxavət Mamedov Publika.az-a bildirib ki, qızın anasının Xoylu kənd məktəbində işləyir, lakin o bir müddət qızının qaçırılmasını gizlədib:
“Məktəb direktoru qızının dərsə nə üçün gəlmədiyi ilə maraqlananda anası xəstə olduğunu deyib. Lakin bir müddət sonra məsələ aydın olub. Axtarışlardan sonra qız tapılıb. Hazırda qız öz ailəsinin yanındadır”.
Əldə etdiyimiz məlumata görə, o yaşadığı hadisədən sonra bir daha məktəbə qayıtmaq istəmir.
İki ildir kəndə gəlməyən Oruc adlı şəxsin birdən-birə 14 yaşlı qızı qaçırması kənd sakinləri arasında çaşqınlıq yaradıb. Hətta iddiaya görə, qız öz istəyi ilə rəqs müəlliminə qaçıb. Oruc adlı şəxs isə hazırda polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
14 yaşlı Humay ailənin tək övladıdır.