Pis ağız qoxusunu yox edən 5 SINANMIŞ TƏBİİ VASİTƏ

0
4

Dişləri və burun-udlaq infeksiyalarını vaxtında müalicə etmək və gündə 2 dəfə dişləri yumaqla (səhər və şam yeməyindən sonra) pis ağız qoxusundan  azad olmaq mümkündür.

Xalq təbabəti pis ağız qoxusunu yox etmək üçün bu kimi vasitələri təqdim edir:

1. Nanə, kərəviz və ya cəfərini çeynəyin. Bu göyərtilər pis ağız qoxusunu yox etməyə kömək edir.

2. Alma yeyin.

3. Muskat qozunun (cövüz) kiçik tikəsini çeynəyin. Muskat qozu ağız boşluğuna yaxşı antiseptik təsir edir.  Həmçinin muskat  ürək və qaraciyər üçün çox faydalıdır, həzmi yaxşılaşdırır.

4. Dəfnə yarpağını çeynəyin.

5. Yarım stəkan suya hərəsindən 1 çimdik darçın və zəncəfil əlavə edin, qarışdırın və bu su ilə ağız boşluğunu səhər və axşam (dişlərinizi yuduqdan sonra) yaxalayın. Bunu gündə bir neçə dəfə edin.