Azərbaycanda “Nurçu”lara qarşı əməliyyat
85 nəfərin saxlanması rəsmən təsdiqləndi
Azərbaycanda “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, sentyabrın 19-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi ilə MTN-nin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb:
“Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb. Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılıblar”.