Səhiyyə Nazirliyinin baş cərrahı:“Ölkədə ürəkdən əməliyyat olunanların sayı çoxalır”

0
4

Azərbaycanda son dövrlərdə ürək-damar sistemi xəstəliklərinə görə edilən cərrahiyyə əməliyyatlarının sayı xeyli artıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov deyib. Baş cərrah bunu son dövrlərdə ürək-damar sistemi xəstəliyindən əziyyət çəkənlərin sayının çoxalması ilə izah edib. H.Bağırovun sözlərinə görə, nəinki Azərbaycanda, bütün dünyada bu xəstəliklərindən əziyyət çəkənlərin sayı həddindən artıq çoxalıb. Mütəxəssis əlavə edib ki, ölkə üzrə edilən cərrahiyyə əməliyyatlarının siyahısında ürək-damar sistemi xəstəliklərindən sonra ikinci yerdə onkoloji xəstəliklərə, üçüncü yerdə isə travmatik xəstəliklər, yəni travma ilə olan patologiyalara görə edilən əməliyyatlar dayanır.