TSQ: 287 PKK/PYD və İŞİD üzvü olan terrorçu məhv edilib –”Zeytun budağı” əməliyyatı

0
4

Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatı barədə yeni məlumat yayıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, məlumatda əməliyat başlayandan bu günədək 287 PKK/PYD və İŞİD üzvü olan terrorçunun məhv edildiyi, 300-dək isə hədəfin sıradan çıxarıldığı bildirilib.

Məlumatda o da qeyd olunub ki, dünən şəhid olan iki türk əsgərinin nəşini hələ də götürməkn mümkün olmayıb.

Qeyd edək ki, əməliyyatdan bu günədək Türk ordusu Azad Suriya Ordusu ilə birlikdə 8 şəhid verib.