Sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.
Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə tətbiq edilir.
Dövlət məktəbəqədər təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması qanunla müəyyən edilən müdafiə olunan xərc maddələri istisna olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir və xərclər aşağıdakı istiqamətlər üzrə aparılır:
“Ştatda olan işçilərin əməkhaqqı” və “Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” xərc normativlərinin hesablanması.
“Ştatda olan işçilərin əməkhaqqı” xərc normativinə ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavə və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (pul təminatı) ilə bağlı xərclər daxildir.
“Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” xərc normativinə işçilərə verilən mükafatlar, maddi yardımlar, həmçinin istirahət, bayram və ümumxalq hüzn günü işə çıxan işçilərə əlavə iş saatlarına görə verilən ödənişlərlə bağlı xərclər daxildir.
Təhsilverənlərin (pedaqoji işçilər) və təlim-tərbiyə prosesində iştirak edən digər işçilərin əməkhaqqı hədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən Vahid Tarif Cədvəlinə uyğun müəyyənləşdirilmiş əməyin ödənişi dərəcələri nəzərə alınmaqla, təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən müəyyən edilir.
Bu istiqamət üzrə xərc normativinə işəgötürənlərin Azərbaycan Respublikasının “Sosial sığorta haqqında”, “İcbari tibbi sığorta haqqında” (bu sığorta növü tətbiq edilən ərazilərdə) və “İşsizlikdən sığorta haqqında” qanunlarına əsasən müəyyənləşdirilmiş hədlərdə sığorta ayırmaları üzrə xərcləri daxildir. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə ödənilir.
Normativin hesablanması:
Nə.üst. = ƏHF * MDSSH
Burada, Nə.üst. – illik əməkhaqqına üstəlik norması (manatla), ƏHF – əməkhaqqı fondu, MDSSH – işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fondunun 22 faizi miqdarında ödənilir.
Bu istiqamət üzrə xərc normativinə müxtəlif növ kağızların, o cümlədən faks, fotosurət üçün kağızların, rəsmxət və istifadə edilən digər yazı ləvazimatlarının alınması, hesablama texnikası və avadanlıqlarına göstərilən xidmət haqları, dezinfeksiya xərcləri, plastik kartların alınması ilə əlaqədar xərclər və bu növ digər xərclər daxildir.
Burada, Ndəf.təsər. – dəftərxana və təsərrüfat xərclərinin illik norması (manatla), Suşaq – uşaqların sayı, Syl. – “Azərbaycan Respublikasında minimum istehlak səbətinin formalaşdırılması və yaşayış minimumunun hesablanması metodikası” (bundan sonra-Metodika) ilə müəyyən edilmiş, il ərzində orta hesabla adambaşına düşən yazı ləvazimatının sayı, Qyl – cari il üçün müəyyənləşdirilən yazı ləvazimatının satınalma qiymətlərinin yuxarı həddi, Qpk – əməkhaqqı üçün plastik kartların alınmasına çəkilən xərclər, Sişçi – işçilərin sayı, DX – illik dəftərxana və təsərrüfat xərclərinin 10 faizi həcmində digər xərclərdir.
Bu istiqamət üzrə xərc normativinə bütün növ forma, buklet, statistik, kargüzarlıq blanklarının və müxtəlif cədvəllərin, sənədlərin cildlənməsi, tikilməsi, mətbəə və nəşr ilə əlaqədar xərclər və bu qəbildən olan digər xərclər daxildir.
Burada, Nmət. – mətbəə xərclərinin illik norması (manatla), Suşaq. – uşaqların sayı, Syl. – Metodikaya əsasən il ərzində orta hesabla adambaşına düşən yazı ləvazimatının sayı, Qmm. – cari il üçün müəyyənləşdirilən mətbəə məhsul-larının qiymətlərinin yuxarı həddidir.
Burada, Nidarə sair. – idarənin illik sair xərc norması (manatla), Suşaq. – uşaqların sayı, Stm. – Metodikaya əsasən il ərzində orta hesabla adambaşına düşən təsərrüfat mallarının sayı, Qtm. – cari il üçün müəyyənləşdirilən təsərrüfat mallarının satınalma qiymətlərinin yuxarı həddidir.
Bu istiqamət üzrə xərc normativinə əmlakın cari təmiri, habelə cari təmirlə bağlı mal-materialların alınması üzrə xərclər daxildir.
Burada, Nct. – illik cari təmir norması (manatla), Dəf. – əsas fondların dəyəri, Kamort. – əsas fondların cari il ərzində aşınmasını faizlə ifadə edən amortizasiya əmsalıdır.
Bu istiqamət üzrə xərc normativinə ölkə daxilindəki ezamiyyələr və xidməti səfərlər zamanı gediş-gəliş, gündəlik və mehmanxana xərcləri, kompensasiya ödənişləri, xidməti səfərlərə, kurslara və təhsil müəssisələrinə, sessiyalara, müşavirə və konfranslara göndərilməsi ilə bağlı xərclər daxildir.
Burada, Nezam. – illik ölkədaxili ezamiyyələr və xidməti səfərlərin norması (manatla), Sezam. – ezamiyyələrin sayı, Sgün – bir ölkədaxili ezamiyyətdə və xidməti səfərdə olma günlərinin orta sayı, N1 gün – ölkədaxili ezamiyyələrin və xidməti səfərlərin bir günlük normasıdır.
Bu istiqamət üzrə xərc normativinə sayğacın göstərişinə əsasən istifadə olunan elektrik enerjisinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.
Vəsaitin proqnozlaşdırılması sayğac göstəricilərinə uyğun istifadə olunmuş elektrik enerjisi üzrə ortaillik sərfiyyatla bağlı təqdim edilmiş sifariş əsasında həyata keçirilir.
Bu istiqamət üzrə xərc normativinə istifadə olunan qazın dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.
İstilik sistemi quraşdırılmış qaz cihazlarının texniki göstəricilərinə uyğun təqdim edilmiş sifariş əsasında, sayğac göstəricilərinə uyğun illik qaz sərfiyyatı əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir.
Bu istiqamət üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələrində istifadə olunan suyun və kanalizasiya xidmətlərinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.
Sayğac göstəricilərinə əsasən istifadə olunmuş su üzrə ortaillik sərfiyyata uyğun və həmin sərfiyyata görə kanalizasiya xidmətləri üzrə təqdim edilmiş sifariş əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir.
Bu istiqamət üzrə xərc normativinə dövlət istilik sisteminin normal fəaliyyəti üçün sərf olunan yanacağın (odun, kömür və s.) dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.
Bu istiqamət üzrə xərc normativinə digər növ kommunal xidmətlərin dəyərinin ödənilməsi, o cümlədən tullantıların ləğvi və daşınması, camaşırların yuyulması və bu növ digər xərclər daxildir. Bu xərclər üzrə vəsaitin proqnozlaşdırılması məktəbəqədər təhsil müəssisəsinin sifarişi və müvafiq hesablamalar əsasında aparılır.
Bu istiqamət üzrə xərc normativinə digər kommunal və kommunikasiya xidmətləri ilə bağlı xərclər, sayğacların quraşdırılması, elektrik, rabitə, qaz, su və digər xətlərin çəkilişi, onların cari təmiri və bu işlərlə bağlı digər xərclər daxildir. Bu xərclər üzrə tələbat tərtib olunmuş qüsur aktları əsasında və təqdim edilmiş sifarişə uyğun həyata keçirilir.
Qeyd. Kommunal və kommunikasiya xidmətlərindən istifadə müəyyən edilmiş limitlər həddində həyata keçirilir.
Dövlət məktəbəqədər təhsil müəssisələrində məskunlaş-mış məcburi köçkünlər tərəfindən istehlak olunan kommunal xidmətlərin haqları müəyyən edilmiş qaydada ödənilir (məcburi köçkünlərin öz vəsaitləri hesabına və ya Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçün bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına).
Bu istiqamət üzrə xərc normativinə ölkə daxilindəki telefon danışıqları, faks xidməti, telefon-teleqraf rabitə kanallarının icarəsi və sair xidmətlərlə bağlı xərclər, abunə haqlarının ödənilməsi xərcləri və bu növ digər xərclər daxildir.
Burada, Ntel. – illik ölkədaxili telefon danışıq haqlarının ödənilməsi normativi (manatla), Stel. -təşkilatda mövcud olan telefon nömrələrinin sayı (telefon nömrələrinin sayının 3-dən artıq olmaması şərtilə), Htel. – bir nömrənin illik abunə haqqıdır.
Bu istiqamət üzrə xərc normativinə xarici ölkələrlə bağlı telefon danışıqları və faks xidməti ilə bağlı xərclər daxildir.
Burada, Nbey.tel. – illik beynəlxalq telefon danışıq haqlarının ödənilməsi norması (manatla), Sbey.tel. – beynəlxalq telefon danışıqlarının sayı (telefon nömrələrindən yalnız birinin beynəlxalq çıxışı olması şərtilə), Hbey.tel. – beynəlxalq istiqamət-lər üzrə telefon danışıqlarının haqqıdır.
Bu istiqamət üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələri tərəfindən məktub və bütün növ poçt və teleqramların göndərilməsi, çap materiallarının çatdırılması ilə bağlı xərclər daxildir.
Dövlət məktəbəqədər təhsil müəssisəsinin faktiki tələbatına uyğun təqdim etdiyi sifariş əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir.
Bu istiqamət üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələri tərəfindən internet xidmətindən istifadəyə görə ödənişlər daxildir.
Burada, Nint. – illik internet xidməti haqlarının ödənilməsi norması (manatla), Sint. -təşkilatda internet şəbəkəsinə çıxışı olan telefon nömrələrinin sayı, Hint. – internet xidmətləri haqqıdır.
Bu istiqamət üzrə xərc normativinə paltar və geyimlərin alınması, həmçinin ayaqqabıların, yataq ləvazimatlarının və dəyişəyin alınması, təmiri və tikilməsi ilə bağlı xərclər daxildir.
Burada, Nyum.- yumşaq inventar, yataq ləvazimatları və uniformaların illik alış norması (manatla), Suşaq. – dövlət məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə alan uşaqların sayı, Q – yataq dəstinin (balışın, ağların, yorğanın və döşəyin) və uniformanın qiyməti, Dmöv.yum. – cari ildə mövcud istifadə olunan yumşaq inventarın dəyəridir.
İstifadə olunan yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin amortizasiya müddəti Metodikanın “2. Qeyri-ərzaq malları” bölməsində orta hesabla adambaşına düşən istehlak həcminə, satınalma qiymətlərinin yuxarı həddi isə Azərbaycan Respublikası Statistika Komitəsinin “Qiymətlər və qiymət indeksləri bülleteni”ndə göstərilən qiymətlərə uyğun olaraq həyata keçirilir.
Bu istiqamət üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələrinin tipindən, yaş qrupundan, uşaqların qalma müddətindən (saatla) asılı olaraq, uşaqlar üçün ərzaq məhsullarının alınmasına sərf edilən xərclər daxildir.
Burada, Nərz.- dövlət məktəbəqədər təhsil müəssisələrin-də uşaqların illik ərzaq norması (manatla), Nərz.1 – dövlət məktəbəqədər təhsil müəssisəsi üçün “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli qərarı ilə müəyyən edilmiş ərzaq norması, Qəm. – cari il üçün müəyyənləşdirilən ərzaq məhsullarının satın-alma qiymətlərinin yuxarı həddi, Sgün. – uşaq günlərinin sayıdır (mövcud qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ildə 210 gündən artıq olmamaq şərtilə).
Dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün ərzaq məhsullarının orta hesabla adambaşına düşən istehlak həcmi Metodikanın “1. Ərzaq məhsulları” bölməsinə, satınalma qiymətləri isə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Qiymətlər və qiymət indeksləri bülleteni”ndə göstərilən qiymətlərə uyğun hesablanır.
Bu istiqamət üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələri tərəfindən təzə və istifadə olunmuş bütün növ mebellərin, həmçinin stol, stul, kitab rəflərinin, qrup mebellərinin (partaların), yumşaq mebellərin, çarpayıların alınması, quraşdırılması və təmiri ilə bağlı xərclər və bu növ digər xərclər daxildir.
Xərc normativinin hesablanması dövlət məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə alan uşaqların sayı əsasında faktiki tələbata uyğun aparılır.
Bu istiqamət üzrə xərc normativinə avadanlığın və alətlərin bütün növlərinin və ya istismar müddəti bir ildən az olan avadanlıqların alınması, quraşdırılması və təmiri xərcləri daxildir.
Burada, Navad. – avadanlığın illik alış norması (manatla), Savad. – dövlət məktəbəqədər təhsil müəssisələri üçün müəyyən edilmiş avadanlıqların siyahısı, Qavad. – aidiyyəti avadanlıqların satınalma qiymətlərinin yuxarı həddi (Azərbaycan Respublikası Statistika Komitəsinin “Qiymətlər və qiymət indeksləri bülleteni”ndə göstərilən qiymətlərə uyğun həyata keçirilir), Dmöv.avad. – cari ildə istifadə olunan avadanlığın dəyəridir.
Bu istiqamət üzrə xərc normativinə məktəb və rəsm ləvazimatlarının, materiallarının, təlim-tərbiyə məşğələləri üçün inventarların, məktəbəqədər təhsil proqramlarının və digər sənədlərin alınması ilə bağlı xərclər daxildir.
Xərc normativinin hesablanması məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə alan uşaqların sayı əsasında aparılır.
Burada, Ndax.- digər alışlar və xidmətlər üzrə illik norma (manatla), Suşaq. – əyani vəsaitdən istifadə edən uşaqların sayı, Sas. – alışların siyahı üzrə sayı, Qaqyh. – cari il üçün müəyyənləşdirilən aidiyyəti alışların satınalma qiymətlərinin yuxarı həddi, Dma. – cari ildə mövcud istifadə olunan digər alışların dəyəri, Hdx. – cari ildə müəyyənləşdirilən digər xidmətlərin haqqının yuxarı həddidir.
“Əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər” xərc normativinə qanunvericiliyə uyğun olaraq hesablanmış müvəqqəti əmək qabiliyyətini itirməyə görə işçilərə ilk 14 gün üçün işəgötürənin vəsaiti hesabına ödənilən müavinətlər üzrə xərclər daxildir. Bu zaman hesablama əvvəlki ilin faktiki icra məbləği əsas götürülməklə aparılır.
“Digər müavinət və transfertlər” xərc normativinə əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə dəymiş zərərin ödənilməsi, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, vəfat edənin vərəsələrinə ödənilən müavinət və bu qəbildən olan digər xərclər daxildir.
Bu istiqamət üzrə xərc normativinə cari məqsədlər üçün nəzərdə tutulmuş malların alınması və xidmətlərin göstərilməsi ilə bağlı digər xərclər daxildir.
Bu xərc maddəsi üzrə maliyyələşdirilən bir sıra tədbirlər (bayram tədbirlərinin keçirilməsi, idman tədbirlərinin keçirilməsi, müxtəlif növ əyani vəsaitlərin alınması) sabit və daimi xarakter daşımadığından faktiki sifariş əsasında, lakin müvafiq hesablamalar tələb olunmaqla və tədbirin xərc smetasının maliyyə ekspertizası aparılmaqla həyata keçirilir.
Bu istiqamət üzrə xərc normativinə əsas vəsaitlərin əsaslı təmiri ilə bağlı xərclər daxildir. Həmin xərc normativi Azərbaycan Respublikasında qüvvədə olan “Dövlət tikinti normativ sənədləri” sisteminə uyğun müəyyən edilir.
Bu istiqamət üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələri tərəfindən digər maşın və qeyri-istehsal avadanlıqlarının alınması ilə bağlı xərclər daxildir.
Nmaş.avad. = Smə. * Qmə. – Dmöv.maş.avad.
Burada, Nmaş.avad. – digər maşın və avadanlıqların illik alış norması (manatla), Smə – Metodika ilə müəyyən edilmiş, il ərzində orta hesabla adambaşına düşən məişət əşyalarının sayı, Qmə – cari il üçün müəyyənləşdirilən aidiyyəti maşın və avadanlıqların satınalma qiymətlərinin yuxarı həddi, Dmöv.maş.avad. – cari ildə istifadə olunan maşın və avadanlıqların dəyəridir.
Normativlərə daxil edilməyən, lakin ödənişi zəruri hesab olunan xərclər (fəxri adlara görə təqaüdlər, müvəqqəti iş qabiliyyətini itirməyə görə işçilərə ödənilən müavinətlər, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən müavinət və bank xərcləri) üzrə ödəmələr faktiki tələbata uyğun olaraq, büdcə təşkilatlarının sifarişləri əsasında həyata keçirilir/Report.