“Biz tərəfləri üst-üstə düşmən məqamlarda daha intensiv təmasa cəlb edərək, sülhə mane olan digər məqamlarda yaxınlaşmaya cəlb etmək istəyirik. Münaqişəni yalnız tərəflər həll edə bilər. Rusiyanın konkret həll planı yoxdur. Rusiya, Fransa və ABŞ münaqişənin həlli üçün şərtlər yarada bilər”.
Lavrov həmsədr ölkələrin təkliflərinin masa üzərində olduğunu deyib.
“Onlar da bilirlər ki, həmsədrlər təklifləri hazırlayır amma yekun qərar münaqişə tərəflərinə məxsusdur”.
Bu münaqişəni bir sənədlə həll etmək mümkün deyil. Mərhələli həll vacibdir” –deyə o deyib.(Modern.az)