“Əvəzin asanlıqla azad olunacağına inanmırıq”
Məhbus jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı “Media forum” saytına açıqlama verib.
Məlahət Zeynallı bildirib ki, prezident İlham Əliyevin sonuncu əfv sərəncamında Əvəz Zeynallının adının olmaması gözlənilən idi: “Dəfələrlə əfv verilsə də, Əvəzin adı həmin siyahılarda olmayıb. Onun həbsi çox mürəkkəb olduğu üçün bundan sonra da hər hansı müsbət gözləntimiz yoxdur. Ümumiyyətlə, Əvəzin bu cür asanlıqla azad olunacağına inanmırıq”.
Mayın 26-da prezident İlham Əliyev 171 məhkumu əfv edib.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, 9 il müddətinə azadlıqdan məhrum olunub.