Bulvarda intihar edən 4-cü kurs tələbəsi 600 manat təhsil haqqını ödəyə bilmirmiş… –Xalası oğlu danışdı

0
4
Məlik Cahangirov təhsil haqqını vaxtında ödəmədiyi üçün oxuduğu universitetdən qovulmaq təhlükəsi ilə üzləşibmiş.

Bu sözləri Teleqraf.com-a açıqlamasında bulvarda özünü dənizə ataraq intihar etmiş Məlik Cahangirovun bibisi oğlu Xəyal Kərimov deyib.

Onun sözlərinə görə, Məlik valideynlərinin təhsil haqqı üçün ona verdiyi 600 manatı xərcləyib: “Bu səbəbdən təhsil haqqını ödəyə bilməyib. İlkin versiya kimi intihara bu səbəb ola bilər. Pulun nəyə xərcləndiyi bəlli deyil”.

Məlik Cahangirov Azərbaycan Dövlət Pedaqoji Universiteti coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırdı. O, ötən gün axşam saatlarında bulvarda özünü dənizə atıb.

Mərhum Məlik Cahan imzası ilə şeirlər yazıb.