Bunu “Report”un sorğusuna cavab olaraq Almaniyanın Federal Statistika İdarəsindən bildiriblər.
Azərbaycan vətəndaşlarına Almaniya vətəndaşlığı verilməsi ilə bağlı ən yüksək göstərici 2006-cı ildə qeyd alınıb. Həmin il 398 azərbaycanlı Almaniya pasportu alıb. Bu sahədə ən aşağı göstərici isə 1996-cı ilin payına düşür. Belə ki, qeyd edilən il cəmi 2 nəfər Azərbaycan vətəndaşı Almaniya pasportu əldə edib. Məlumata görə, Almaniya vətəndaşlığı alan şəxslərin 2244 nəfəri yaxud 50,9%-i qadın, 2162 nəfəri yaxud 49,1%-i isə kişidir.
Federal Statistika İdarəsinin məlumatına görə, 1996-cı ildə Azərbaycan vətəndaşı olan qadınlardan Almaniyada vətəndaşlığı alan olmayıb. Bu cəhətdən ən yüksək göstərici isə 2006-cı ildə qeydə alınıb. Qeyd edilən dövrdə 186 azərbaycanlı qadın bu ölkənin pasportunu əldə edib.
Kişilərlə bağlı ən aşağı göstərici 1994-cü ildə, ən yüksək nəticə isə 2006-cı ildə qeydə alınıb. Belə ki, həmin illərdə müvafiq olaraq 1 qadın və 212 azərbaycanlı kişi Almaniya vətəndaşlığı alıb.