Azərbaycandan Türkiyəyə hərəkət edən sərnişin avtobusu Gürcüstanın şərq hissəsində olarkən yanıb.
Bu barədə Gürcüstanın İctimai Televiziyası xəbər yayıb. Avtobusda 50 sərnişin – müxtəlif ölkələrin, o cümlədən Rusiya vətəndaşları olub. Bazar ertəsinə keçən gecə baş vermiş hadisə zamanı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb.
Nəqliyyat vasitəsi tamamilə yanıb. Fakt araşdırılır.