“Qaxın prokuror köməkçisi 2-ci qrup Qarabağ qazisini niyə hədələyir?”

0
2

“Qaxın prokuror köməkçisi 2-ci qrup Qarabağ qazisini niyə hədələyir?”

alt=”"Qaxın prokuror köməkçisi 2-ci qrup Qarabağ qazisini niyə hədələyir?"” title=”"Qaxın prokuror köməkçisi 2-ci qrup Qarabağ qazisini niyə hədələyir?"”
3 mart 2015-ci ildə səhər saat 10.00 radələrində Qax rayonunun Qaxmuğal kəndində 2-ci qrup Qarabağ müharibəsi qazisi, prezident təqaüdçüsü İlqar İbrahimxəlil oğlu Cəlilova məxsus bir mərtəbəli, kürsülü, 3 otaqlı yaşayış evi ev əşyaları və ailə üzvlərinin geyim dəstləri ilə birlikdə yanaraq yararsız hala düşüb. Baş verən bu dəhşətli yanğın hadisəsi ilə bağlı mətbuatda da məlumatlar öz əksini tapdı. Lakin üzərindən aylar ötməsinə baxmayaraq 2-ci qrup Qarabağ qazisi İlqar Cəlilovu daha bir yanğının içinə atırlar.
Bu dəfə hökümət və dövlət strukturları. Yanğından sonra şikayətçinin mürcətinə əsaslanaraq Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsi yanğının baş vermə səbəbləri ilə araşdırma başlayır. İdarənin təhqiqiatçısı Cəmaləddin Mircavadov və Ədliyyə Nazirliyinin Azər adlı nümayəndəsinin apardıqları birgə yoxlamalar zamanı müəyyən edilmişdir ki, yanğın hadisəsi elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində baş vermiş və buna məsul olan Qax Rayon Elektrik Şəbəkəsinin vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsindən ötrü toplanmış materiallar 2 iyun 2015-ci il tarixdə istintaq və ərazi aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib. O da aydın olub ki, Rayonun Qaxmuğal kəndini elektrik enerjisi ilə təmin edən tranfarmator istismara yayarsız halda olub, yüklənmələr və qısa qapanmalar zamanı avtomatik ayırıcı sistem işləməyib. Bu isə təkcə Qarabağ qazisinə deyil digər sakinlərin elektrik -məişət texnikalarının da sıradan çıxarılmasına səbəb olub. Görünür həmin transformatorun yenilənməsinə ayrılan maliyyə mənimsənilib.
İ.Cəlilovun dediklərinə görə, onun probleminin həll olunmasına və şikayətinin təmin ediləcəyinə əvvəl inanıb. Çünki ilk təəssüratlar belə qənaətə gəlməyə imkan verib. Müvafiq dövlət qurumlarından gələn səlahiyyətli şəxslər yanğın yerində olublar, hərtərəfli araşdırmalar aparılıb, şəkillər çəkilib, izahatlar alınıb, aktlaşdırılma aparılıb. Bir sözlə prosedurlar icra olunub. Baş prokurorluqda FHN Yanğınlara nəzarət prokurorluğunun müstəntiqi Elçin Əliyev işi baxılmaq üçün yenidən rayon prokurorluğuna göndərib. Tərtib olunmuş ziyan aktına görə yanğın zamanı Qarabağ Qazisinin əmlakına 17 min manat dəyərində ziyan dəyib. Lakin müstəqil mütəxəssilərin qiymətləndirməsində isə bu ziyan 60 min manat civarındadır. O vaxtdan da qazinin işləri düyünə salınıb. Daha doğrusu Azərbaycan reallığında mövcud olan üçbucüq icində get-gələ düşürülüb. Qarabağ qazisi bildirir ki, Azərişiğin Qəbələdə yerləşən Regional İdarəsinin (əvvəlki Qax Rayon Elektrik Şəbəkəsi-red.) rəisi İlham Hüseynov prokurorluqdakı bəzi səlahiyyətli “şəxsləri görüb, onların haqlarını çatdırandan” sonra fələyə kələk deməyə başlayıb. Əvvəllər şikayətçiyə ümid verən rayon prokurorunun Nazim adlı köməkçisinın də Qarabağ qazisinə münasibəti köntöyləşib. Bir vaxtlar məsələnin həlli üçün qaziyə 10 min manat pul təklif edən həmin prokuror əməkdaşı bundan imtina cavabı aldıqdan sonra şantaja, hədə-qorxuya keçib. Heç kimdən qorxub çəkinmədiyini bildirən prokuror köməkçisi Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun qarasınca deyinərək, naziri Binəqədi rayonuda dəhşətli yanğın hadisəsində günahlandırıb. Fövqəladə Hallar nazirliyin Əməliyyat İstintaq İdarəsinin yoxlamanın nəticəsinə uyğun hazırladığı sənədin kağız parçasından başqa bir şey olmadığını deyib. Qanunların icrasına nəzarəti həyata keçirməli olan prokurorun köməkçisi bir qədər də irəli gedərək qaziyə həmişə istifadə etdikləri “cibinə nəşə atdıracağı, üzünə adam durduracağı” ilə hədələyib. Hələ məsləhət də verib, get prezidentin sənə verdiyi əlil maşının sat, özünə alaçıq tikdir. Bu adam hələ anlamır ki, prezident tərəfindən (dövlət tərəfindən) əlilə bağışlanılan əlillər üçün nərədə tutulan “Nazlifan” adlandırılan həmin avtomobilləri satmaq, başqalarına vermək, hədiyyə etmək qadağandır. Dərəbəyliyin hökm sürdüyü bir məmləkətdə İlham Hüseynov və Nazim adlı məmurların bəylik etmələri təəccüblü görünməməlidir. Çünki həmin şəxslərin himayədarları da eyni əyri-üyrü yollarla, eyni çirki metodlarla özlərinə ıayiq olmadıqları yüksək vəzifələrə qalxıblar. Belələri nə qədər yuxarılara qalxırlarsa, sadə vətəndaşlar, hətta canından-qanından, sağlamlığından keçən qazilərimiz bir o qədər aşağılanır, haqları tapdalanır, rəzil duruma salınırlar. Pisliklərlə boğulmaqda olan, belələrinin çir-çirkab yaratdığı bu ölkədə arada bir nəfəs almaq üçün nəfəsliklər də tamamilə qapadılmayıb hələ ki. Qazi fürsətdən istifadə edərək, ona köməklik göstərən və əl uzadan hər kəsə, xüsusən, Rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyevə, Qaxdan deputat seçilən Azər Kərimliyə, Qax rayon bələdiyyəsinin Eyvaz adlı sədrinə, Rayon Polis İdarəsinin Mehman adlı rəis müavinə təşəkkürünü bildirdi. Qarabağ qazisi İlqar Cəlilov ölkə başçısı İlham Əliyevə son ümid yeri kimi baxdığını və ona güvəndiyini vurğulayaraq dedi:“Mən ağlımın ucundan belə keçirmirəm ki, prezident belə məmurların varlığından, onların hüquqa zidd və özbaşına əməllərindən xəbər tutub cəza tədbiri görməsin. Bu insanlar o qədər harınlaşıblar ki, haqqını tələb edən vətəndaşları şantaj edib, qorxudub, onların şikayətlərini geri götürmələrini tələb qoyurlar. Pul, rüşvət, korrupsiya gözlərini elə qızardıb ki, qızmış öküz kimi camaatın üzərinə şığıyırlar. Bəyan edirəm ki, əgər mənim ailəmə, və mənə qarşı hər hansı xoşagəlməz hadisə baş verərsə, bunu məsuliyyəti və günahı rayon prokurorunun köməkçisi Nazimlə, Azərişiqın Qəbələdə yerləşən Regional İdarəsinin rəisi İlham Hüseynovun və onları bəsləyənlərin üzərində qalacaq”.

Fərid Pəmbəkli

LEAVE A REPLY