Saakaşvili haqqında 3 il həbs qərarı verildi –Qatilləri azadlığa buraxıb

0
5
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti, sonradan bu ölkənin vətəndaşlığından çıxarılan və hazırda Ukraynada yaşayan Mixeil Saakaşvilinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, sabiq dövlət başçısı ilə bağlı qərar hakim Georgi Arevadzenin sədrliyi ilə baxılan prosesin sonunda elan olunub. M.Saakşvili bankir Sandro Qirqvlianinin qətlində günahlandırılan şəxslərin qanunsuz olaraq azadlığa buraxılmasında təqsirli bilinib.

İttiham aktına görə, M.Saakaşvili Konstitusiya Təhlükəsizliyi İdarəsinin o vaxtkı rəisi Date Axalya ilə qanunsuz əlaqəyə girərək, bankirin qətlinə görə mühakimə olunanların vaxtından əvvəl azad edilməsinə hüququ əsas hazırlayıb və həmin şəxslər şərti cəza almaqla azadlığa buraxılıblar. Keçmiş prezident ölkə Cinayət Məcəlləsinin səlahiyyətdən sui-istifadə maddəsi üzrə ittiham olunub və qiyabi olaraq mühakimə edilib.