Dövlət büdcəsinin (Qanun) gəlirləri 20 milyard 127 milyon manat, xərcləri 21 milyard 47 milyon manat məbləğində təsdiq edilib.
2018-ci ildə radio, televiziya və nəşriyyat işinə 57 milyon 721 min 175 manat ayrılır.
Bu vəsaitin 31 milyon 822 min 507 manatı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, 11 milyon 618 min 112 manatı İctimai Televiziya və Radio Yayımları Şirkətinindir.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 2018-ci ilin büdcəsindən 7 milyon 995 min 503 manat alır.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu üçün 4 milyon 42 min 68 manat nəzərdə tutulub.
“Azərbaycan” nəşriyyatına (dövlət sifarişlərinin yerinə yetirilməsi üçün) 1 milyon 504 min 160 manat verilir.
Milli Televiziya və Radio Şurası üçün büdcədə 819 min 409 manat vəsait nəzərdə tutulub.
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan milli nümayəndəliyinəverilən subsidiya 532 min 712 manat təşkil edir.
Radio və televiziya redaksiyalarının saxlanması üçün isə 22 min 983 manat ayrılır.