“ASAN xidmət”in adından istifadə edənlər barəsində həbs qətimkan tədbiri seçildi
Özlərini “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim etmiş şəxslərin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Özlərini “ASAN xidmət” mərkəzinin əməkdaşları kimi təqdim edib Bərdə və Saatlı rayon sakinlərindən sakinlərindən fərdi yaşayış evləri üçün mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışların, texniki pasportların və digər sənədlərin veriləcəyini bildirib müxtəlif məbləğlərdə pul almaqla “ASAN xidmət” mərkəzinin fəaliyyətini nüfuzdan salan hərəkətləri etməsində və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 309.1, 178.2.3 və 313-cü maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hər iki cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq olaraq Saatlı və Bərdə rayon məhkəmələrinə göndərilib. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində özlərini “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim etmiş “Kamal-SF” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə əlaqədar ayrıca icraata ayrılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. İstintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.