Rusiya Seçki Mərkəzi teleaparıcı Kseniya Sobçakın Rusiya prezidentliyinə namizədliyini təsdiq edib.
Milletim.info Trend-ə istinadən xəbər verir ki, onun namizədliyini “Vətəndaş təşəbbüsü” partiyası irəli sürüb.
Seçki Mərkəzindən verilən məlumata görə, onun sənədləri yoxlanılıb və qəbul edilib. Bununla da ona seçki fondu formalaşdırması üçün xüsusi hesabın açılmasına icazə verilib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək.