Lavrov təkzib etdi:“Moskvanın xaricdə hərbi bazalar yaratmaq məqsədi yoxdur”

0
4
“Moskvanın xaricdə hərbi bazalar yaratmaq məqsədi yoxdur”.

Bunu “RİA Novosti”yə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. “Biz bəzi dövlətlərdən fərqli olaraq hərbi ekspansiyanın tərəfdarı deyilik. Hərbi gücü yeritmək üçün xaricdə, o cümlədən Latın Amerikasında bazalar yaratmaq bizim üçün məqsəd deyil”, – o deyib.

Nazir vurğulayıb ki, Moskva NATO-nun Rusiya ilə sərhəd yaxınlığında hərbi infrastrukturu artırmasından və ABŞ-ın Avropada raketdən müdafiə sistemlərinin yerləşdirilməsindən ciddi narahatdır.