Senatın sədr müavini:”Ermənistan BMT qətnamələrini icra etməyənə qədər onu dövlət kimi tanımayacağıq”

0
6
Pakistan Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyir və Ermənistanı dövlət kimi tanımaqdan imtina edir.

Bunu Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə qətnamələrini icra etməyənə qədər Pakistan öz fikrində qalacaq: “Çünki Pakistan Azərbaycanla qardaşlıq münasibətlərinə xüsusi önəm verir”.

Trend