Tramp Qüds qərarına qarşı çıxan dövlətləri hədələdi:”Bizdən milyardlarla dollar alırlar…”

0
4
ABŞ prezidenti Donald Tramp BMT Baş katibliyində Qüdsün İsrailin paytaxtı olaraq tanınmasına qarşı olan layihəyə səs verəcək ölkələri maliyyə dəstəyini kəsəcəyilə hədələyib.

Tramp ABŞ-dan maliyyə yardımı alan ölkələrə açıq mesaj göndərib.

“Bizdən milyardlarla dollar almalarına baxmayaraq, bizə qarşı səs verirlər. Bu səsləri izləyirik. Buraxın, nə bilirlər etsinlər. Vecimizə deyil”, deyə Tramp qeyd edib.

ABŞ prezidenti ölkəsinin əleyhinə səs verəcək dövlətlərlə münasibətlərinə yenidən baxacaqlarını bildirib/Teleqraf.com.