Sayımız 10 milyona çatacaq- 2019-cu ildə

0
4
Azərbaycan əhalisinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatacaq.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, 2017-ci ilin əvvəlində Azərbaycan əhalisi 9,8 milyon nəfər təşkil edib, noyabrın 1-nə isə 9 883,3 min nəfərə qədər artıb.

Nazir bildirib ki, əhalinin orta yaşı 32,3 təşkil edir: “0-14 yaş arası vətəndaşlar əhalinin 22,6 faizini, 14-29 – 25 faiz, 30-74 yaş arası isə 46,1 faizini təşkil edir. 65 və yuxarı yaşda olanların payı isə 6,3 faizdir”.