Göygöldə məmur oğlu intihar etdi – Hər kəs şokda

Göygöldə məmur oğlu intihar etdi – Hər kəs şokda

0
4
Göygöl rayonunda intihar hadisəsi baş verib.

Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Heydər Məmmədov yaşadığı evin həyətindəki xurma ağacından özünü asıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Rayon sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Heydər Məmmədovun atası Göygöldə Mənzil Kommunal Təsərrüfat Birliyində evlər müdiri vəzifəsində işləyir:

“Hadisə dünən baş verib. Heydərin səhhətində heç bir heç bir problem olmayıb. Onlar iki uşaqdır. Deyilənə görə, Heydər çox sakit bir uşaq olub. Heç yerdə işləmirmiş. Onun belə bir addım atması hər kəsi təəccübləndirir”.